​BMT ekspertləri Azərbaycana səfər edəcək

​BMT ekspertləri Azərbaycana səfər edəcək Səfər zamanı ekspertlər Bakı, Gəncə və Naxçıvanda dövlət rəsmiləri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə görüşlər keçirəcəklər
Xarici siyasət
13 May , 2016 13:19
​BMT ekspertləri Azərbaycana səfər edəcək

Bakı. 13 may.REPORT.AZ/ BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu azadlıqdan məhrum etmə ilə bağlı vəziyyəti öyrənmək üçün ilk dəfə Azərbaycana rəsmi səfər edəcək. 

BMT-nın Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, səfər mayın 16-da başlayacaq və 25-dək davam edəcək. 

Səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - İşçi Qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət rəsmiləri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə görüşlər keçirəcəklər.

Məlumata görə, ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunan şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair ilk mənbədən məlumat toplayacaqlar.

Ekspertlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşayiət edəcək.

İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.

Qeyd edək ki, Ekspert qrupunu azadlıqdan iddia edilən özbaşına məhrum etmə hallarını araşdırmaq üçün 1991-ci ildə İnsan Hüquqları Komissiyası yaradıb. Sığınacaq axtaran şəxslər və köçkünlərin inzibati saxlama hallarını əhatə etmək üçün 1997-ci ildə komissiya qrupun mandatını dəqiqləşdirib və uzadıb. 2013-cü ilin sentyabrında İnsan Hüquqları Şurası İşçi Qrupunun mandatını təsdiq edib və daha üç il müddətinə uzadıb.  

Son xəbərlər

Orphus sistemi