BMT baş katibinin nümayəndəsi: “Gənclər çox zaman problemin bir hissəsi kimi qarşılanır”

BMT baş katibinin nümayəndəsi: “Gənclər çox zaman problemin bir hissəsi kimi qarşılanır” “Gənclər və sosial İnkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda müzakirələr aparılıb
Xarici siyasət
25 Aprel , 2016 12:34
BMT baş katibinin nümayəndəsi: “Gənclər çox zaman problemin bir hissəsi kimi qarşılanır”

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Gənclər və sosial İnkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda müzakirələr aparılıb.

“Report”un xəbərinə görə, sessiyada BMT baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi Azərbaycanın dövlət nümayəndələrinin qurumun əsas meyarlarını paylaşdığını xüsusi vurğulayb.

Gənclərin çox zaman problemin bir hissəsi kimi qarşılandığını qeyd edən Ə.Əlhəndavi gənclərin xaricdən gələn döyüşçü kimi təqdim edilməsinin düzgün olmadığını da bildirib: “İnsan haqları, inkişaf, sülh və əmin amanlıq BMT-nin vacib sütunlarıdır. Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqişə zonasında yaşayan 600 milyondan çox gənclə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq. 2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub. Bu bizi narahat edir. Bu forumda formalaşdıracağımız əsas meyarlar mentalitetin dəyişməsinin təzahürü olacaq. Bu isə gələcəyə böyük töhfələr verəcək”.

BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurum çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə daha perspektivli uğurlara imza ata bilməyin mümkünlüyünə toxunub. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən Mari Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirib: “Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrlənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq”.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma olduğunu qeyd edən F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib: “Biz gənclərin ideyalarının reallaşdırılması üçün alətik. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır. Azərbaycan gənci kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına çalışırıq. Layihələrimizdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq”.

Son xəbərlər

Orphus sistemi