BMT baş katibi aprelin sonunda Cənubi Qafqaza səfər etməyi planlaşdırır

BMT baş katibi aprelin sonunda Cənubi Qafqaza səfər etməyi planlaşdırır "Dəqiq tarix deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim sazişinin imzalanma mərasimindən az sonra baş tutacaq"
Xarici siyasət
1 Aprel , 2016 08:20
BMT baş katibi aprelin sonunda Cənubi Qafqaza səfər etməyi planlaşdırır

Bakı. 1 aprel. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun aprelin sonunda, Azərbaycan, Ermənistan və Gürcüstana rəsmi səfər etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə TASS təşkilatın katibliyindəki mənbəsinə istinadən məlumat verib.

"Dəqiq tarix deyə bilmərəm, amma səfər BMT-də Paris iqlim sazişinin imzalanma mərasimindən (22 aprel) az sonra baş tutacaq", - deyə mənbə bildirib.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik qarşıdakı səfərlə bağlı xəbəri nə təsdiq, nə də inkar edib.

Son xəbərlər

Orphus sistemi