BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək Bakı. 3 aprel. REPORT.AZ/ BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Xarici siyasət
3 Aprel , 2018 11:57
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Bakı. 3 aprel. REPORT.AZ/ BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. 

O, “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.

M.Lajçakın həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, Baş Assambleyanın prezidenti ADA Universitetində “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda tələbələr qarşısında çıxış edəcək. 

Səfər zamanı M.Lajçakı kabinetinin rəhbəri Frantişek Rujiçka, baş müşaviri Abdelqani Merabet və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Katarina Kandt müşayiət edəcək. 

Son xəbərlər

Orphus sistemi