BMT: Azərbaycanın miqrasiya qanunvericiliyi təqdirəlayiqdir

BMT: Azərbaycanın miqrasiya qanunvericiliyi təqdirəlayiqdir Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb.
Xarici siyasət
13 Sentyabr , 2019 13:28
BMT: Azərbaycanın miqrasiya qanunvericiliyi təqdirəlayiqdir

"Azərbaycan hökuməti miqrasiya sahəsində böyük uğurlara imza atıb".

"Report" xəbər verir ki, bunu BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin sədri vəzifəsini icra edən Can Ünver deyib.

Onun sözlərinə görə, Azərbaycanın miqrasiya ilə bağlı qanunvericiliyi təqdirəlayiqdir.

C.Ünver əlavə edib ki, bu gün miqrasiya dünyadakı qlobal problemlərdən biridir: "Bu, dünya dövlətlərinə təsirsiz ötüşmür. Milyonlarla insan daha yaxşı həyat yaşamaq üçün bir ölkədən digərinə köç etməkdədir. Amma onlar təyinat ölkəsinə getdikdən sonra da orada çoxsaylı problemlərlə üzləşirlər. Bu stuasiya onları daha da həssas qruplara daxil edir. Əfsuslar olsun ki, onlar belə bir arzuolunmaz vəziyyətdə müdafiə olunmaq gücündə olmurlar. BMT də bu problemlərin həlli üçün ciddi cəhdlər göstərir".

Son xəbərlər

Orphus sistemi