Bakı. 21 may. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Azərbaycandakı səfirliyi mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə bağlı başsağlığı verib. “Report”un xəbərinə görə, başsağlığı mətni BƏƏ səfirliyinin twitter hesabında yer alıb.
“Baş vermiş faciə ilə əlaqədar olaraq, dost Azərbaycan xalqına başsağlığı verir, Allahdan rəhmət və səbir diləyirik”, - başsağlığı mətnində qeyd olunub.