Belarusun yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Belarusun yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib Nazir Qennadiy Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
27 Avqust , 2015 16:55
Belarusun yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib

Bakı. 27 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Belarusun Azərbaycana yeni təyin olunan səfiri Qennadiy Axramoviçi qəbul edib.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qennadiy Axramoviç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Qennadiy Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Q.Axramoviç bu vəzifədə 9 il çalışmış Nikolay Paskeviçi əvəz edəcək.

Son xəbərlər

Orphus sistemi