Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib Strasburqda Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin 15-ci plenar iclası keçirilib
Xarici siyasət
2 İyun , 2016 17:04
Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Bakı. 2 iyun. REPORT.AZ/ Fransanın Strasburq şəhərində Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilib.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Avropa Şurasına üzv dövlətlərin, “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasına tərəfdar çıxan 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların iştirak etdiyi tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyətin kibercinayətkarlıqdan qorumağa yönəlib cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə geniş məlumat verib. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilib.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkədə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilən müddəalar haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiq olunması planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi