Baş konsul: "Sankt-Peterburq metrosundakı partlayışda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır"

Baş konsul: "Sankt-Peterburq metrosundakı partlayışda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır" Dilbarə Əliyeva və Zaur Vəliyev Rusiya vətəndaşlarıdır
Xarici siyasət
4 Aprel , 2017 12:29
Baş konsul: Sankt-Peterburq metrosundakı partlayışda yaralanan azərbaycanlının vəziyyəti orta ağırdır

Moskva. 4 aprel. REPORT.AZ/ Azərbaycan əsilli Rusiya vətəndaşı Dilbarə Əliyeva Sankt-Peterburq metrosunda törədilmiş terror aktı nəticəsində ölüb. Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov məlumat verib.

Onun sözlərinə görə, baş konsulluğun əməkdaşları mərhum Dilbarə Əliyevanın cəsədinin tanınması prosesi zamanı morqda olublar. O, həmçinin partlayış nəticəsində yaralananlardan biri Zaur Vəliyevin azərbaycanlı olduğunu təsdiq edib.

"Hazırda o, İ.İ.Canelidze adına Elmi-Tədqiqat İnstitunun cərrahiyə şöbəsindədir. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Baş konsulluğun əməkdaşları xəstəxanadadır və daim yaralının yaxınları və tibb personalı ilə əlaqədə olurlar. Zaur Vəliyev Gəncədə anadan olub, amma o, Rusiya Federasiyasının vətəndaşıdır", - S.Qasımov deyib.

Son xəbərlər

Orphus sistemi