Baş katib: "Azərbaycanın NATO əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk"

Baş katib: "Azərbaycanın NATO əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk" Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş katibi Devid Hobbs ilə görüşüb
Xarici siyasət
2 Mart , 2018 10:03
Baş katib: Azərbaycanın NATO əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndiririk

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının Baş katibi Devid Hobbs ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlıumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Q.Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini vurğulayıb. 

Baş katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib. 

Son xəbərlər

Orphus sistemi