Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək

Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək Elmar Məmmədyarov: “Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı saziş layihəsini Xəzəryanı ölkələrə təqdim edib”
Xarici siyasət
13 İyul , 2016 10:28
Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək

Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı keçiriləcək.

“Report”un məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə deyib.

Nazirin sözlərinə görə, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq.

O qeyd edib ki, Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı saziş layihəsini hazırlayıb və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib: "Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi