Bakıda "Regional təhlükəsizlik çağırışları - Xəzər və Qara dəniz sahillərindən baxış" mövzusunda "dəyirmi masa" keçiriləcək

Bakıda "Regional təhlükəsizlik çağırışları - Xəzər və Qara dəniz sahillərindən baxış" mövzusunda "dəyirmi masa" keçiriləcək Tədbir Rumıniyanın Azərbaycandakı səfirliyinin NATO-nun əlaqələndirici səfirliyi mandatının başa çatmasına həsr olunacaq
Xarici siyasət
5 Dekabr , 2016 17:02
Bakıda Regional təhlükəsizlik çağırışları - Xəzər və Qara dəniz sahillərindən baxış mövzusunda dəyirmi masa keçiriləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda "Regional təhlükəsizlik çağırışları - Xəzər və Qara dəniz sahillərindən baxış" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məluamata görə, tədbir "ADS" Universitetində baş tutacaq və Rumıniyanın Azərbaycandakı səfirliyinin NATO-nun əlaqələndirici səfirliyi mandatının başa çatmasına həsr olunacaq.

Tədbirdə Rumıniya və Macarıstanın ölkəmizdəki səfirləri Dan Yanku və İmre Laslotski, eləcə də NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahyu iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi