Bakıda Qazaxıstan səfirliyinin yeni binasının açılışı keçirilib

Bakıda Qazaxıstan səfirliyinin yeni binasının açılışı keçirilib Yeni diplomatik nümayəndəliyin ərazisində bu ölkənin bayrağının qaldırılması mərasimi baş tutub
Xarici siyasət
12 Fevral , 2016 12:08
Bakıda Qazaxıstan səfirliyinin yeni binasının açılışı keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Qazaxıstan səfirliyinin yeni binasının açılışı münasibətilə adıçəkilən ölkənin yeni diplomatik nümayəndəliyinin ərazisində bayraq qaldırılması mərasimi baş tutub. "Report" xəbər verir ki, mərasim Qazaxıstan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev iki ölkə hökuməti arasındakı razılaşmaya əsasən, Bakıda səfirliyin yeni binasının tikintisi üçün pulsuz torpaq sahəsi ayrılıb.

Onun sözlərinə görə, səfirliyin ümumi sahəsi təxminən 7000 kvadrat metrdir və burada həmçinin səfirliyin əməkdaşlarının normal fəaliyyəti üçün onlara 17 mənzilli bina da tikilib.

Sonda B.İsabayev səfirliyin tikintisinə yardıma görə, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi