Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilib - YENİLƏNİB

Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilib - YENİLƏNİB Görüşün açılış mərasimində Azərbaycan və Fələstin XİN başçıları iştirak edirlər
Xarici siyasət
5 Noyabr , 2018 12:44
Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilib - YENİLƏNİB
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına ev sahibliyi edib.

XİN-dən "Report"a verilən məlumata görə, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər.

Konfransı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov açaraq, rəsmi Bakının Fələstin tərəfinin müraciəti əsasında Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib. Nazir Azərbaycanın qardaş Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsində davamlı dəstəklədiyini vurğulayıb. E.Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəklədiyni ifadə edib.

Azərbaycanın Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi etdiy tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Habelə Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğu və islam həmrəyliyinə sadiq qaldığı xatırlanaraq ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyi qeyd olunub.

E.Məmmədyarov tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə məlumat verərək BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Nazir tərəfindən həmçinin tədbir iştirakçılarına Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, ölkəmizin islam həmrəyliyinı verdiyi mühüm töhfə və bu xüsusda irəli sürülən təşəbbüslər və təşkil olunan tədbirlər haqqında məlumat verilib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib və Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısnın ev sahibliyi etməsinin növbəti dəfə bu dəstəyin bariz nümunəsi olduğunu vurğulayıb.


*** 10:17

Bakıda Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşü keçirilir.

"Report" xəbər verir ki, tədbirə Azərbaycanda səfərdə olan Fələstin xarici işlər naziri Riyad əl-Maliki sədrlik edir.

Həmçinin görüşün açılış mərasimində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Fələstinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim bildirib ki, bu gün Bakıda keçirilən konfrans Azərbaycanın Fələstinə,  o cümlədən Qüds məsələsinə dəstəyinin sübutudur.

"Azərbaycan və Fələstin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Bütün məsələlər üzrə ortaq fikirlərimiz var", - səfir deyib.

Son xəbərlər

Orphus sistemi