Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib

Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib Bakı. 10 noyabr. REPORT.AZ/ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hamımız üçün təməl sənəddir və bu gün də əhəmiyyətini qoruyub saxlayır.
Xarici siyasət
10 Dekabr , 2018 13:00
Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib
Report

Bakı. 10 noyabr. REPORT.AZ/ "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hamımız üçün təməl sənəddir və bu gün də əhəmiyyətini qoruyub saxlayır".

“Report” xəbər verir ki, bunu Beynəlxalq İnsan Hüquqları gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunan tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin sənədin müddəaları bizi öz hüquqlarımızı və başqaların hüquqlarını bilməyə və müdafiə etməyə səsləyir.

Azərbaycanın insan hüquqları müvəkkili (ombudsmanı) Elmira Süleymanova ölkənin hər bir vətəndaşının hüquqlarının qorunduğunu bildirib.

“Azərbaycan hələ Xalq Cümhuriyyəti dövründən etibarən bu demokratik dəyərlərə sadiqdir. Belə ki, o dövrdə kişilərə və qadınlara bərabər hüquqlar verilmişdi. Bu gün də Azərbaycan, məsələn, Mədəni müxtəliflik Konvensiyasına qoşulub ki, bu da ölkə vətəndaşları qarşısında güniş imkanlar açır”, –  natiq vurğulayıb.

Tədbir çərçivəsində insanın təməl hüquqları mövzusunda sərgi də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi