Bakıda Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyasının ilk iclası keçiriləcək

Bakıda Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyasının ilk iclası keçiriləcək Mərakeş Şirkətləri Baş Konfederasiyası prezidentinin Azərbaycana səfərinə hazırlıq görülür
Xarici siyasət
4 Noyabr , 2015 15:41
Bakıda Azərbaycan-Mərakeş ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyasının ilk iclası keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və Mərakeş arasında ikitərəfli əməkdaşlıq üzrə birgə Komissiyanın ilk iclası keçiriləcək. Bu barədə "Report"a müsahibəsində Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami məlumat verib.

Onun sözlərinə görə, Mərakeş Şirkətləri Baş Konfederasiyası prezidentinin Azərbaycana səfərinə hazırlıq da görülür.

H.Hami bildirib ki, səfirlik həmçinin tərəflər arasında müqavilə bağlanıla biləcək səfərlər, eləcə də sərmayə yatırılmasının yollarının aşkarlanması üzərində işləyir: "Əminəm ki, bizi turizm, kənd təsərrüfatı, energetika, informasiya texnologiyaları, təhsil və s. sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələsində parlaq gələcək gözləyir".

Son xəbərlər

Orphus sistemi