Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.
Xarici siyasət
29 Mart , 2018 10:56
Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verilib.

Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani çay süfrəsi arxasında söhbət ediblər.


*** saat 10:28

Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi