Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası bu həftə keçiriləcək

Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası bu həftə keçiriləcək Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.
Xarici siyasət
4 Noyabr , 2019 14:35
Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Aİ birgə komitəsinin iclası bu həftə keçiriləcək

Noyabrın 6-da Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Azərbaycan-Avropa İttifaqı (Aİ) birgə komitəsinin növbəti iclası bu həftə keçiriləcək.

"Report" bu barədə mötəbər diplomatik mənbəyə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabr ayında Azərbaycan və Aİ readmissiya üzrə birgə komitənin iclasını keçirib.

Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan 2013-cü il noyabrın 29-da Vilnüsdə keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramında iştirak edən ölkələrin sammiti çərçivəsində viza rejiminin sadələşdirilməsinə dair müqavilə imzalayıb. 2014-cü il fevralın 28-də isə Aİ və Azərbaycan readmissiya haqqında saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi