Azərbaycanın Çexiyadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib

Azərbaycanın Çexiyadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib Mərasim əsnasında səfir Fərid Şəfiyevin prezident Miloş Zeman ilə görüşü olub
Xarici siyasət
3 Sentyabr , 2014 10:41
Azərbaycanın Çexiyadakı səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edib
Bakı. 3 sentyabr.REPORT.AZ/ Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin etimadnaməsini bu ölkənin prezidenti Miloş Zemana təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumatına görə, mərasim əsnasında səfir Fərid Şəfiyevin prezident Miloş Zeman ilə görüşü olub.

Görüşdə prezident Miloş Zeman Çexiya və Azərbaycan arasında mövcud əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi