Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a verilən məlumata əsasən, səfir Valdas Lastauskas etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Elmar Məmmədyarov Valdas Lastauskası təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib. O, Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.
Valdas Lastauskas səfir qismində iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb.