Azərbaycan XİN mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Argentinanın xarici işlər naziri beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.
Elmar Məmmədyarov argentinalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Azərbaycanlı nazir Hektor Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.
Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.