Azərbaycan prezidenti: "Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir"

Azərbaycan prezidenti: "Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir" İlham Əliyev Bakıda səfərdə olan RF müdafiə nazirini qəbul edib
Xarici siyasət
13 Oktyabr , 2014 17:37
Azərbaycan prezidenti: Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə, bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq istiqaməti üzrə işgüzar əlaqələr qurulub". "Report" "İTAR-TASS"a  istinadən xəbər verir ki, bunu Azərbaycanın prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

"Bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq üzrə yaxşı dinamikamız var" - deyə, prezident qeyd edib. 

Şoyqu öz növbəsində bildirib ki, iki ölkənin hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir, Azərbaycan müasir silahlar alır. 

“Danışıqlarımızın gündəliyi münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur” - deyə, RF müdafiə naziri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi