Azərbaycan prezidenti ilə Monteneqronun baş naziri arasında təkbətək görüş keçirilib

Azərbaycan prezidenti ilə Monteneqronun baş naziri arasında təkbətək görüş keçirilib Prezident iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb
Xarici siyasət
18 Sentyabr , 2014 14:24
Azərbaycan prezidenti ilə Monteneqronun baş naziri arasında təkbətək görüş keçirilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, əvvəlcə prezident İlham Əliyevin baş nazir Milo Cukanoviçlə təkbətək görüşü olub.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.

Sonra görüş geniş tərkibdə davam etdirilib.

Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib. Əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan prezident İlham Əliyev iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb.

Baş nazir Milo Cukanoviç Azərbaycan prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirib. Ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını deyib və əldə olunan nailiyyətlər münasibətilə İ.Əliyevi  təbrik edib.

Son xəbərlər

Orphus sistemi