"Kasım-Jomart Tokayev Azərbaycanda müstəqilliyin ilk günlərindən dövlətinin xeyrinə xidmət edən, beynəlxalq nüfuza malik təcrübəli siyasətçi kimi tanınır".
Bunu "Report"a
O, prezident seçkilərində qalib gələn Tokayevin xalqın rifahının yaxşılaşdırılmasına, iqtisadi artıma, eləcə də gələcək siyasi dəyişikliklər və Qazaxıstan cəmiyyətinin birləşdirilməsinə yönəldilmiş ölkənin strateji kursunu davam etdirəcəyinə əminliyini ifadə edib.
"Onun rəhbərliyi altında Qazaxıstan xarici siyasət kursunda da fəal şəkildə işləyəcək, dünyada sülhün və sabitliyin təmin olunmasına yönəlmiş qlobal təşəbbüsləri irəli sürəcək", - deyən E.Nəsirov əlavə edib ki, yeni prezidentin dövründə ölkədə Nursultan Nazarbayevin siyasətinin davamlılığı təmin olunacaq.
Deputatın sözlərinə görə, Azərbaycan və Qazaxıstan qardaşlıq münasibətlərini və strateji tərəfdaşlıq səviyyəsini yüksəldəcək.
"Şübhə etmirəm ki, müdrik və qardaş Qazaxıstan xalqı doğru seçim edib", - parlamentari fikrini tamamlayıb.