Azərbaycanla İsrail arasında Birgə Komissiyanın yeni tərkibi təsdiqlənib

Azərbaycanla İsrail arasında Birgə Komissiyanın yeni tərkibi təsdiqlənib Bakı. 16 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 
Xarici siyasət
16 Mart , 2018 19:06
Azərbaycanla İsrail arasında Birgə Komissiyanın yeni tərkibi təsdiqlənib
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla  “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının vergilər naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti.”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə İsrail Dövləti tərəfinə bildiriş göndərməsi tapşırılıb.

Son xəbərlər

Orphus sistemi