​Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq

​Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq Sənədin Tbilisidə imzalanması gözlənilir
Xarici siyasət
4 Noyabr , 2015 15:48
​Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanla Gürcüstan arasında siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit, mədəniyyət, təhsil və elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair bəyannamə imzalanacaq.

"Report" Gürcüstan prezidentinin saytına istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı imzalanacaq.

Xəbərdə bildirlib ki, prezidentlərin təkbətək və genişləndirlimiş formatda görüşü olacaq.

Məlumata görə, səfər zamanı Azərbaycan və Gürcüstan prezidentlərinin KİV qarşısında birgə bəyanatla çıxış edəcəkləri nəzərdə tutulub.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Gürcüstanın baş naziri, parlamentin sədri və patriarx II İlya ilə görüşəcəyi də gözlənilir.

Xəbərdə bildirilib ki, Azərbaycan Prezidentinin Marneulidəki azərbaycanlılarla görüşü də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfərə yola düşəcək. 

Səfər noyabrın 6-da başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi