Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub Belarusun Azərbaycandakı səfiri baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb
Xarici siyasət
15 Noyabr , 2014 13:14
Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı. 15 noyabr. REPORT.AZ/ Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Bakıda Azərbaycan baş nazirinin birinci müavini, Dövlətlərarası Komissiyanın Azərbaycan tərəfindən ticarət-iqtisadi əməkdaşlıq üzrə həmsədri Yaqub Eyyubovla görüşüb. "Report" Belarus XİN-inə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın indiki vəziyyətini və perspektivlərini, sənaye kooperasiyası, kənd təsərrüfatı, tikinti sahələrində birgə layihələrin həyata keçirilməsini, eləcə də ikitərəfli münasibətlərin digər aktual məsələlərini müzakirə ediblər.   

Həmçinin, Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyanın növbəti iclası üçün hazırlığı üzrə konkret addımlar müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi