Avropa Komissiyasının rəhbəri: "Azərbaycanla Aİ arasındakı yeni saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək"

Avropa Komissiyasının rəhbəri: "Azərbaycanla Aİ arasındakı yeni saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək" Azərbaycanla yeni saziş üzrə danışıqlara başlamışıq. Bu saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək.
Xarici siyasət
14 May , 2019 12:20
Avropa Komissiyasının rəhbəri: Azərbaycanla Aİ arasındakı yeni saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək
Report

"Azərbaycanla yeni saziş üzrə danışıqlara başlamışıq. Bu saziş münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verəcək".

"Report"un Brüsselə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında deyib.

Yunker Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının üç ölkəsi ilə artıq assosiasiya üzrə və vizasız rejim barədə saziş imzalandığını xatırladıb. 

"Şərq Tərəfdaşlığı" ölkələri ilə yaxınlaşmağa çalışırıq. Üç ölkə ilə assosiasiya sazişi, azad ticarət barədə saziş imzalamışıq. Avropa İttifaqı heç bir ölkəni seçim etməyə məcbur etmir. Biz Ermənistanın və ya digər tərəfdaşların seçim qarşısında dayanmasını tələb etmirik. Hər bir ölkənin seçimini özünün etdiyini başa düşürük", - Avropa Komissiyasının rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi