Azərbaycanın XİN başçısı Gürcüstanda səfərdədir - YENİLƏNİB

Azərbaycanın XİN başçısı Gürcüstanda səfərdədir - YENİLƏNİB Elmar Məmmədyarov bir sıra rəsmi görüşlər keçirəcək
Xarici siyasət
29 Avqust , 2016 11:28
Azərbaycanın XİN başçısı Gürcüstanda səfərdədir - YENİLƏNİB

*** saat 10:59

Tbilisi. 29 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gəlib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

E.Məmmədyarov səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərinin mərkəzindəki abidəsi önünə əklil qoyacaq, Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək.

Son xəbərlər

Orphus sistemi