Azərbaycanın XİN başçısı GUAM ölkələri arasında idman yarışlarının keçirilməsini təklif edib

Azərbaycanın XİN başçısı GUAM ölkələri arasında idman yarışlarının keçirilməsini təklif edib “GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir”
Xarici siyasət
15 Dekabr , 2016 12:16
Azərbaycanın XİN başçısı GUAM ölkələri arasında idman yarışlarının keçirilməsini təklif edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova (GUAM) ölkələrinin idman yarışları keçirilə bilər.

“Report”un xəbərinə görə, bu təkliflə Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxış edib.

"İdman sahəsini də əməkdaşlıq etdiyimiz sahələr sırasına daxil edə bilərik", - XİN başçısı deyib.

O bildirib ki, bu istiqamətdə əməkdaşlıq intensivləşdirilməlidir: “GUAM ölkələri təhsil, səhiyyə, turizm və digər sahələr üzrə əməkdaşlıq edir”.

Son xəbərlər

Orphus sistemi