Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək
Xarici siyasət
24 Yanvar , 2017 10:33
Azərbaycanın xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azrəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb. 

Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək. 

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq. 

Bundan əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi