Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası iyunda keçiriləcək
Xarici siyasət
8 Aprel , 2016 17:30
Azərbaycanın kənd təsərrüfatı naziri Macarıstana səfər edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ İyun ayında Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.

"Report"un məlumatına görə, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu barədə jurnalistlərə bildirib.

O, həmçinin yaxın gələcəkdə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Macarıstana səfərinin gözlənildiyini də qeyd edib.

"Ümumiyyətlə, aramızda bəzi biznes planlar var və onların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid edirəm", - deyə səfir bildirib.

V.Quliyev ölkələr arasında su təsərrüfatı, turizm, dərman istehsalı və s. sahələrdə birgə əməkdaşlığa maraq olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi