Azərbaycanın Əlcəzairdə səfirliyi açılır

Azərbaycanın Əlcəzairdə səfirliyi açılır Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Xarici siyasət
28 Noyabr , 2014 20:46
Azərbaycanın Əlcəzairdə səfirliyi açılır

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycanın Əlcəzairdəki səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək, Xarici İşlər Nazirliyinə isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi