Azərbaycanın Bolqarıstandakı səfiri Karlovo şəhərinin meri ilə görüşüb

Azərbaycanın Bolqarıstandakı səfiri Karlovo şəhərinin meri ilə görüşüb Səfirlə mer ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər
Xarici siyasət
24 İyul , 2015 19:41
Azərbaycanın Bolqarıstandakı səfiri Karlovo şəhərinin meri ilə görüşüb

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov Karlovo şəhərinin meri Emil Kabaivanovla görüşüb.

Bu barədə "Report"a Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər.

Məlumata əsasən, görüşdə səfirlə mer ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər. Bundan başqa, Karlovo ilə Azərbaycanın hər hansı bir şəhəri arasında əməkdaşlığın yaradılması ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi