Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edilib

Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edilib Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Xarici siyasət
7 Sentyabr , 2016 18:38
Azərbaycanın Almaniyada və Moldovada yeni səfirləri təyin edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev R.M.Həsənovun Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədə əsasən, Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısı İlham Əliyev Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında da Sərəncam imzalayıb.

Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər

Orphus sistemi