İlham Əliyev: "Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi planlaşdırılmır"

İlham Əliyev: "Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi planlaşdırılmır" Prezident İlham Əliyev: "Belə plan yoxdur, heç buna ehtiyac da görmürəm"
Xarici siyasət
18 Oktyabr , 2016 12:18
İlham Əliyev: Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi planlaşdırılmır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan növbədənkənar prezident seçkisinin keçirilməsi planlaşdırılmır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində deyib.

"Prezident seçkisinin vaxtını dəyişdirmək niyyətimiz yoxdur. Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyindən xəbərdaram. Amma belə plan yoxdur, heç buna ehtiyac da görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəlincə, növbəti prezident seçkisinə hələ iki il vaxt var. İndidən hansısa qərarlar qəbul edib, nəticələrə gəlmək tezdir. İki il sonra da indiki kimi xalqın dəstəyini hiss etsəm, təbii ki, onların ümidlərini doğrultmağa çalışacağam", - deyə İlham Əliyev "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Azərbaycan Prezidenti ölkədə keçirilmiş referendumun bir neçə nöqteyi-nəzərdən vacib olduğunu qeyd edib.

"Birincisi, 2016-cı il iqtisadi cəhətdən Azərbaycan üçün ən çətin il oldu. Hər halda, 2016-ci ili yaxşı göstəricilərlə başa vurmaq üzrə olsaq da, əvvəlki illərlə müqayisədə ən çətin il oldu. Belə durumda Azərbaycan əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəklənən referendum keçirdik" - dövlət başçısı diqqətə çatdırıb.

İlham Əliyev hətta Azərbaycanı tənqid edənlərin belə referendumda heç bir qayda pozuntusu tapa bilmədiyini xüsusi vurğulayıb: "Daim bizi tənqid edən AŞPA kimi təşkilatın da yekun rəyi müsbət olub. Ümumilikdə 20-dən azca çox şikayət var idi. Beş min seçki məntəqəsindən yalnız 20 şikayət. Bax, bu da açıq, demokratik prosesi keçirildiyinin daha bir göstəricisidir. Ən əsası isə xalqın hakimiyyətə inamımı ifadə etməsi idi. Buna görə hər bir Azərbaycan vətəndaşına təşəkkür edirəm. Bu, adamı daha da ilhamlandırır və doğru yolda olduğumuzu göstərir. Belə də davam edəcəyik".

Son xəbərlər

Orphus sistemi