Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabr ayının 13-də Strasburqa səfər edəcək. "Report"un verdiyi xəbərə görə, nazir Avropa Şurası Nazirlər Komitəsində sədrliyin təhvil verilməsi mərasimində iştirak edəcək.
E.Məmmədyarov bildirib ki, bu gün Bakıda başlayan AŞ qonşuluq siyasəti üzrə konfransda Avropa Şurası Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçəcək.
Xatırladaq ki, Azərbaycan bu ilin may ayından AŞ Nazirlər Komitəsinə sədrlik edir.