Azərbaycan XİN İran və "altılıq" arasında baş tutan razılaşma ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN İran və "altılıq" arasında baş tutan razılaşma ilə bağlı bəyanat yayıb "XİN birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır"
Xarici siyasət
3 Aprel , 2015 13:47
Azərbaycan XİN İran və altılıq arasında baş tutan razılaşma ilə bağlı bəyanat yayıb

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) “altılıq” və İran İslam Respublikası (İİR) arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan XİN-in bəyənatında bildirilib.

“Bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir”, - bəyanatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi