Azərbaycan XİN başçısı türkiyəli həmkarını Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumatlandırıb - YENİLƏNİB

Azərbaycan XİN başçısı türkiyəli həmkarını Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumatlandırıb - YENİLƏNİB Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib
Xarici siyasət
6 Sentyabr , 2017 12:05
Azərbaycan XİN başçısı türkiyəli həmkarını Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar barədə məlumatlandırıb - YENİLƏNİB
Report.az/ Elşən Baba

Bakı. 6 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olunub.

Bu xüsusda, ikitərəfli əsasda olduğu kimi Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunaraq, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər.

Görüş əsnasında iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyəti, habelə ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın vacib rolu qeyd edilib.

Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə istifadəyə veriləcəyi qeyd olunaraq, bu layihənin region və onun hüdudlarından kənarda inkişafa və tərəqqiyə xidmət edəcəyi bildirilib. Eyni zamanda iki ölkənin nümayiş etdirdiyi qəti siyasi iradəyə uyğun olaraq, Trans-Anadolu (TANAP) layihəsinin də müəyyən olunan vaxt çərçivəsində icra olunacağına əminlik ifadə olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


*** 11:33

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə görüş keçirir.

"Report" xəbər verir ki, görüş Bakıda baş tutacaq Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində keçirilir.

Nazirlər Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, bir sıra birgə layihələri, habelə aktual regional məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi