Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneliçlə görüşüb.
"Report" Azərbaycanın Zaqrebdəki səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də energetika və qaz sahələrində əlaqələrin genişləndirilməsi yollarını müzakirə ediblər.
Tərəflər iki ölkə arasında biznes əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.