Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib
Xarici siyasət
23 May , 2016 17:29
Azərbaycan və Türkiyə prezidentləri arasında görüş olub

Bakı. 23 may. REPORT.AZ/ Bu gün İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

“Report”un xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi