Bakı. 20 mart.
"Report" Serbiya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, D.Stevanoviç görüşdə Serbiya və Azərbaycan arasında siyasi münasibətlərin güclü olduğunu bildirib.
Onun sözlərinə görə, Serbiya tərəfi iqtisadi əlaqələrin intensivləşməsində maraqlıdır. Dövlət katibi qeyd edib ki, Serbiyada investisiya yatırılması üçün geniş imkanlar yaradılıb və dövlət iqtisadiyyatın zəif inkişaf etmiş sahələrinə sərmayələrin qoyuluşunu təşviq edir.
E.Həsənov vurğulayıb ki, azərbaycanlı iş adamları, əsasən, emal sənayesi, o cümlədən ağac emalı sahəsi üzrə müəssisələrin yaradılmasında maraqlıdırlar.