Azərbaycan və San Marino XİN-ləri arasında memorandum imzalanıb

Azərbaycan və San Marino XİN-ləri arasında memorandum imzalanıb Bakı. 2 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
2 May , 2018 13:23
Azərbaycan və San Marino XİN-ləri arasında memorandum imzalanıb
mfa.gov.az

Bakı. 2 may. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan San Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. Nazir E.Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.

E.Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında geniş danışaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"nu imzalayıblar. 

Son xəbərlər

Orphus sistemi