Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək Hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək
Xarici siyasət
15 Sentyabr , 2020 16:52
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə videokonfrans keçiriləcək

Yaxın vaxtlarda Azərbaycan və İran prezidentləri birgə videokonfrans keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hər iki ölkənin nazirlərinin də iştirak edəcəyi görüşdə geniş spektrli məsələlər, o cümlədən iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə ediləcək.

Bundan əlavə, S.A.Musəvi Azərbaycan və İranın 30 ortaq layihəsinin olduğunu, onlardan 14-nün yaxın vaxtlarda həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi