Bakı. 1 dekabr. REPORT.AZ/ İndoneziyanın ölkəmizdəki səfiri Prayono Atiyanto Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb.
Səfirlikdən "Report"a verilən məlumata görə, görüş tanışlıq xarakteri daşıyıb.
Görüş zamanı tərəflər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivlərini, nazir S.Müslümovun bu yaxınlarda İndoneziyaya səfərinin yekunlarını müzakirə edib.