Azərbaycan və Fələstin arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Azərbaycan və Fələstin arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Fələstin dövlətinə səfər edib
Xarici siyasət
23 May , 2016 14:12
Azərbaycan və Fələstin arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov  Fələstin dövlətinə səfər edib. XİN-dən "Report"a verilən məlumatına görə, səfər zamanı o, Fələstin dövlətinin baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. 

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı “Azərbaycan və Fələstin hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında saziş” imzalanlb.

Son xəbərlər

Orphus sistemi