Azərbaycan və Ekvador respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan xarici işlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, məktubda Elmar Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.
Nazir tənzimlənməsi
Xose Samuel Valesia Amores də, öz növbəsində, məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib. Daha sonra Ekvador xarici işlər naziri Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulub.