Azərbaycan və Çili əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Çili əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.
Xarici siyasət
27 Sentyabr , 2019 11:08
Azərbaycan və Çili əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədi ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar. 

Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşündə iştirak, yüksək səviyyəli tədbirə hazırlıq işləri, eləcə də Azərbaycanın Hərəkatda sədrlik prioritetləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər ikitərəfli əlaqələrin inkişafı perspektivləri, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi