Azərbaycan və Braziliya arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Braziliya arasında Anlaşma Memorandumu imzalanıb Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər
Xarici siyasət
15 Noyabr , 2017 13:33
Azərbaycan və Braziliya arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan və Braziliya iki ölkənin Diplomatik Akademiyaları arasında təlimlərin keçirilməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalayıb.

"Report" xəbər verir ki, sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Braziliyanın XİN başçısı Aloiziu Nunes Ferreyra arasındakı görüşün yekununda imzalanıb.

Görüş zamanı nazirlər Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, habelə aktual beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi