Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın ixracatçısı kimi Avropada özünü daha da yaxından tanıdacaq”- MÜSAHİBƏ

Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın ixracatçısı kimi Avropada özünü daha da yaxından tanıdacaq”- MÜSAHİBƏ “Azərbaycan Avropanın olduqca əvəzedilməz tərəfdaşı olacaq"
Xarici siyasət
31 Yanvar , 2019 14:41
Almaniyalı deputat: “Azərbaycan tezliklə təbii qazın ixracatçısı kimi Avropada özünü daha da yaxından tanıdacaq”- MÜSAHİBƏ

Berlin. 31 yanvar. REPORT.AZ/ Almaniya parlamentinin deputatı, Azad Demakratlar Partiyasının (FDP) sözçüsü Marsel Luthenin “Report”un Berlin bürosuna müsahibəsi:

- Azərbaycan Avropa İttifaqı ilə son vaxtlar ikitərəfli layihələrdə əməkdaşlığı daha da genişləndirir. Bunun perspektivi barədə nə deyə bilərsiniz?

- Azərbaycan ən müasir dövlətlərdən biri kimi, son illərdə böyük iqtisadi irəliləyiş nümayiş etdirib. İqtisadi yüksəliş və hüquqi əsasların harmoniyası fonunda Avropa İttifaqı ilə qurulan əlaqələr hər iki tərəf üçün maraqlı və faydalıdır. Bu, Azərbaycanı yaxın Şərqdə Avropa İttifaqının daha da vacib ticarət tərəfdaşına çevirə bilər. Hesab edirəm ki, Avropa ölkələri, xüsusilə də Almaniya hökuməti bunun ciddi fərqindədir.

- Azərbaycan və Almaniya əlaqələrinin hazırkı durumunu və perspektivini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, azərbaycanın istər enerji, istərsə də digər sahələrdə Avropa ilə münasibətləri barədə pozitiv nələr söyləmək olar?

- Təəssüf ki, Azərbaycan bir tərəfdaş kimi, alman ictimaiyyətində hələ də yetərincə tanınmayıb və mənim fikrimcə, yaxın zamanda bu, müsbət həllini tapacaq. İkitərəfli maraqlar bu yöndə öz rolunu oynayacaq. Azərbaycan yaxın zamanda təbii qazın  ixracatçısı kimi, Almaniya və Avropada özünü daha da yaxından tanıdacaq. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə infrastrukturun gücləndirilməsində Azərbaycanın böyük rol oynayacağını düşünürəm. Bizim fikrimizcə, yaxın gələcəkdə Azərbaycan istər enerji, istərsə də digər layihələr üzrə Avropanın olduqca iri anlamda əvəzedilməz və həlledici tərəfdaşı olacaq.

Son xəbərlər

Orphus sistemi